Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-04 10:36:12
Tələbə üzünə illərdir həsrət qalan kəndlər – Ucarda uçar təhsil  

Qəbul  imtahanlarındakı  yüksək  göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Ucar rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

Ş.Həsənov adına Alpoud kənd 2 saylı orta məktəbi üzrə 2003-2007-ci illər;

Bərgüşad kənd 2 saylı orta məktəbi üzrə 1998-2004-cü illər;

Şahlıq kənd orta məktəbi üzrə 2017-ci il;

Qaracallı kənd 2 saylı orta məktəbi üzrə 1995-2000-ci illər;

Xalac kənd orta məktəbi üzrə A.Əhmədov adına 1999-2006-cı illər;

S.Salahov adına Qazıqumlaq kənd 1 saylı orta məktəbi üzrə 2017-ci il;

T.Cavadov adına Yuxarı Şilyan kənd orta məktəbi üzrə 1997-2008-ci illər ərzində bir nəfər belə ali təhsil müəsissisələrinə daxil olaraq tələbə adını qazanmayıb.

Adıçəkilən məktəblərlə yanaşı, rayon üzrə nəticələri yüksək olan orta təhsil müəssisələrinin sayı da azdır. Bir çox məktəblərdə məzunların çox az qismi universitetlərə daxil ola bilib.

Qeyd edək ki, Ucaq məktəbləri qəbul imtahanlarında respublika üzrə ən aşağı göstəricilərə malik Azərbaycan rayonlarından biridir. Burada ümumi göstəricilər respublika səviyyəsindən aşağı qiymətləndirilir.

2011-ci ildə DİM-in sədri Məleykə Abbaszadə bəzi bölgə məzunlarının, eləcə də Ucar rayonunun abituriyentlərinin qəbulda topladıqları balın 100-dən aşağı olduğunu açıqlamışdı.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları