Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-04 10:07:00
Nizaminin əsərlərinin əlyazma nüsxəsinin sürətini Azərbaycana gətirdilər - FOTO

Akademik Teymur Kərimli Nizami Gəncəvi əsərlərinin nadir əlyazma nüsxəsinin sürətini Azərbaycana gətirib.

AzEdu.az xəbər verir ki, məlum olduğu kimi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bu günlərdə “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyə Respublikasında elmi ezamiyyətdə olub.

Türkiyə Cümhuriyyətinin zəngin xəzinəyə malik kitabxanalarında araşdırma aparan alim Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasının məşhur əlyazma fondu ilə də tanışlıq imkanı qazanıb. Akademik kitabxananın müdiri Menderes Velioğlunun yardımı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvi əsərlərinin bir neçə əlyazmasının surətini əldə edə bilib. Həmin əlyazmanın 3b vərəqindən başlayıb 27a vərəqində bitən hissəsində “Sirlər xəzinəsi”, 27b vərəqindən başlayıb 85a vərəqində bitən hissəsində “Xosrov və Şirin”, 85b vərəqindən başlayıb 129a vərəqində bitən hissəsində “Leyli və Məcnun”, 129b vərəqində başlayıb 173a vərəqində bitən hissəsində “Yeddi gözəl”, 173b vərəqindən başlayıb 241a vərəqində bitən hissəsində “Şərəfnamə”, 241b vərəqindən başlayıb 273a vərəqində bitən hissəsində “İqbalnamə” veril ib.

Fikrimizcə, vaxtilə Ayasofiya Məbədi kitabxanasında qorunan Nizami əlyazmalarından biri olan bu nadir nüsxə böyük mütəfəkkirin irsinin daha dərindən tədqiqində nizamişünaslarımıza yardımçı olacaq.