Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 14:59:45
700 ballılar imtahana necə hazırlaşırlar? – “Asan olmayacaq, amma bizim üçün heç problemi yoxdur”

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətində qış imtahan sessiyasının başlamasına az müddət qalıb. Bəzi universitetlərdə isə artıq imtahanlar start götürüb.

Bəs bu il 700 bal toplayaraq ali məktəblərə qəbul olunan tələbələr imtahanlara necə hazırlaşırlar?

AzEdu.az bu sualla bir neçə 700 ballıq tələbəyə müraciət edib:

ADA Universitetinin Hüquq fakültəsinin tələbəsi Selcan Məmmədli “foundation” (ingilis dili təhsili) pilləsində təhsil aldığın qeyd edib ki, bunun da ənənəvi sessiyadan fərqləri var:

“Dərslərim yaxşıdır. Hələ ki çox çətinlik çəkmirəm. Bu il I kurs fənləri keçmədiyimizə və yalnız dil öyrəndiyimizə görə hər şey qaydasındadır. Ortalama balım keçən sessiya “95” idi və bu da məni qane edir.

Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi üzrə təhsil alan Əsra Bayramova  da hələlik ingilis dili bilgilərini təkmilləşdirdiyini vurğulayıb:

“Dərslərim yaxşı gedir. Hələ “foundation” üzrə təhsil alıram. Ona görə ingilis dili və İKT fənləri üzrə dərslər keçirik. Dərslərdən hər hansı bir çətinliyim yoxdur.  Bakı Ali Neft Məktəbində təhsil olduqca güclüdür, qiymətlərim də yaxşıdır. İmtahanlar o qədər də asan deyil, amma çətinlik də çəkmirəm. Çünki müəllimlər köməklik göstərmək üçün əllərindən gələni edirlər”.

ADA Universitetində  Biznesin idarə olunması üzrə təhsil alan Cahan Haşımzadə dərslərinin qaydasında olduğunu qeyd edib:

“Universitetə daxil olduqdan sonra dərslər yaxşıdır. Hələki heç bir dərsdən çətinliyim yoxdur , qiymətlərim də 90%-dən yuxarıdır. İmtahanlar yaxşı gedir. Tədris müddətində dərslərə diqqətlə yanaşıram deyə imtahan qabağı çox da həyəcanlı olmuram. İnşallah belə də davam edər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları