Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 10:18:00
Yevlaxda traktor 9-cu sinif şagirdini vurub hadisə yerindən qaçdı

Yevlaxda yol qəzası baş verib.

AzEdu.az Trend-ə istinadən məlumat verir ki, hadisə rayonun Qoyunbinəsi kəndi ərazisində baş verib. Naməlum sürücü idarə etdiyi traktorla kənd sakini, 2003-cü il təvəllüdlü, 9-cu sinif şagirdi Zeynalov Zabit Adil oğlunu vurub hadisə yerindən qaçıb.

Yaralı ağır kəllə-beyin travması ilə ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda sürücünün tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.