Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-02 18:00:00
Ermənistan  universitetlərindən  saxta  diplomlar aldığı deyilən  Avropa  həkimləri  saxlanıldı

Bu gün səhər saatlarında İsrail polisi ölkənin Səhiyyə Nazirliyindən Ermənistanda verilmiş saxta diplomlar əsasında lisenziya almaqda şübhəli bilinən 40 həkim və əczaçını saxlayıb.

AzEdu.az trend-ə istinadən xəbər verir ki, həmin insanlar Ermənistan universitetin tibb və əczaçılıq fakültələrində təhsil alıblar: "Onlar Səhiyyə Nazirliyinə mütəxəssis diplomlarını təqdim ediblər, halbuki, əslində orada qısa müddət ərzində təhsil alıblar və imtahanları tam verməyiblər".

 Qeyd olunur ki, polis əməkdaşları araşdırmaya anonim şikayətdən sonra başlayıb.