Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-02 17:00:00
Dünyaca məşhur  sabiq təhsil nazirindən yeni  açıqlama: "Rədd cavabı olsa..."

Böyük Britaniyanın Baş nazir Tereza Meyin Avropa İttifaqı ilə əldə etdiyi “Brexit” razılaşması parlamentdə rədd cavabı alarsa, yeni referendum keçirilə bilər.

Bu barədə ölkənin sabiq təhsil naziri Sem Qimma BBC telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, Sem Qimma Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə Baş nazir Tereza Meyin təklif etdiyi saziş layihəsini dəstəkləmədiyi üçün istefa verib.