Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 15:17:00
Şəxsi kabinetinin parolunu unudanların nəzərinə! - DİM-dən xəbərdarlıq

Bəzi abituriyentlər sınaq və qəbul imtahanlarında iştirak edə bilmək üçün yaradılan şəxsi kabinetin parolunu itirdiyinə görə problemlə qarşılaşıblar.

Abituriyentlərin narahatlığını nəzərə alaraq şəxsi kabinetin şifrəsini itirdiyiniz zaman etməli olduqlarınızı yenidən diqqətə çatdırırıq:

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, hər bir istifadəçinin yaratmalı olduğu şəxsi kabinetin parolunu itirən şəxslər DİM-in saytından yararlanaraq parolu bərpa edə bilərlər:

“Şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər http://ekabinet.dim.gov.az/ saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi e-mail ünvanını müvafiq sahələrə daxil edib "E-mail göndər" düyməsini basmaqla parolunu e-mail ünvanı vasitəsilə əldə edə bilərlər”.

Qeydiyyatdan keçən zaman e-mail ünvanını yazmayan şəxslər isə birbaşa olaraq DİM-in bölmələrinə müraciət etməlidirlər:

“Qeydiyyatdan keçən zaman e-mail ünvanı yazmayan şəxslər isə şəxsiyyət vəsiqəsini gətirməklə şəxsən DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib parolunu əldə edə bilərlər. Digər şəxslərə heç bir halda parol verilmir”.

Qeyd edək ki, İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif  ödəniş üsullarından yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.

Şəxsi kabinet yaratmaq üçün şəxsiyyəti təsdiq edən sənəddən istifadə etməklə buradan qeydiyyatdan keçə bilərsiniz.