Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 13:38:00
Müəllimlərinin diqqətinə! - Elmi-metodiki seminarlar davam edir

Dövlət İmtahan Mərkəzində ayrı-ayrı fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyətini davam etdirir

AzEdu.az xəbər verir ki, seminarlarda 2018-ci ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə əsasən elmi-metodiki təhlili aparılır. 

Təhlil nəticəsində söylənilən qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.  

Müzakirələr nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları müəyyən edilir, həmin test tapşırıqlarının şərhinə dair metodik tövsiyələr hazırlanır və bu materiallar “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.