Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-27 09:44:28
“Hələlik hər hansı problemlə bağlı müraciət olunmayıb” - DİM

Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başa çatır.

DİM-in mətbuat katibi Xanlar Xanlarzadənin AzEDU-a verdiyi açıqlamaya görə, sınağa qeydiyyat elektron qaydada aparılır. Hər hansı problemlə bağlı müraciət daxil olmayıb: "Bununla bağlı  DİM-in Çağrı Mərkəzi (1653) də var. Kimsə  elektron xidmətlərlə bağlı çətinlik çəkərsə, bu mərkəzə də müraciət edə bilər".

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ilk sınaq imtahanına qeydiyyatı sabah saat 10:00-da  başa çatacaq.

Sınaq imtahanının 19 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur.

Əsmər Qabil