Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 09:55:00
Test tərtibçilərinin nəzərinə! - Mütəxəssis qəbulu başladı

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura səviyyəsinə qəbul imtahanları üçün test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edir.

AzEdu.az xəbər verir ki, müqaviləçi-mütəxəssis ali təhsil müəssisələrinin müxtəlif ixtisas istiqamətləri üzrə magistratura səviyyəsinə qəbul imtahanlarında proqramlara daxil olan ixtisas fənləri, həmçinin məntiq, informatika və xarici dillər üzrə test bloklarında istifadə ediləcək test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını hazırlamaq üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:

  • sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək;

  • test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək; test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək;

  • test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərcüməsinin ekspertizasını həyata keçirmək;

  • yazılı qəbul proqramları üzrə imtahan suallarının tərtibində və bakalavrların yazılı imtahan işlərinin yoxlanılıb qiymətləndirilməsində iştirak etmək.

Müraciət edən şəxslər magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalı, Azərbaycan və (və ya) rus dilini mükəmməl bilməli, Microsoft Office proqramlarında işləməyi bacarmalıdırlar.

Həmin şəxslər test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdəsinə götürməli və nəzərdə tutulan öhdəlikləri tam keyfiyyətlə və vaxtında yerinə yetirməlidirlər.

Müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanmaları üçün DİM-də müvafiq treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.

İşə götürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Bu sahəyə marağı olan şəxslər verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq 2018‑ci il dekabr ayının 20-dək [email protected]elektron poçt ünvanına mövzu hissəsində “Test tapşırığı hazırlanması üçün elan” yazaraq göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Magistraturaya qəbul imtahanı proqramlarının nömrələri və onlara daxil olan fənlərin adlarına buradan baxa bilərsiniz.