Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 22:40:00
Məntiqdən  test bloku ekspertlər tərəfindən bəyənildi

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə qəbul imtahanı ilə əlaqədar növbəti elmi-metodik seminar keçirilib. DİM-dən AzEdu.az-a verilən məlumata görə, seminarda magistraturaya 2019-2020-ci tədris ili üçün qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədilə “Magistr” jurnalının 2019-cu ildə 2-ci nömrəsində çap olunacaq ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan test tapşırığı nümunələri müzakirə olunub.

 

DİM-in böyük məsləhətçisi Rövşən Əsədov ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan test tapşırığı nümunələrini təqdim edib.

 

Seminar iştirakçıları təqdim olunan test tapşırığı nümunələri ilə bağlı fikirlərini bölüşüblər. Müzakirə nəticəsində test tapşırığı nümunələrindən ibarət ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üzrə test bloku ekspertlər tərəfindən bəyənilib. Həmin blokun redaktə xarakterli düzəlişlər edilməklə “Magistr” jurnalının 2019-cu ildə 2-ci nömrəsində dərc olunaraq bakalavrlara təqdim edilməsi qərara alınıb.