Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 16:23:15
“Evrika” liseyindən ittihamlara cavab - “Bura özəl məktəbdir”

"Həmin valideynə demişəm ki, bura özəl liseydir. Övladınız çox zəifdir. O, öncə dövlət məktəbinə getməli, fərdi hazırlıq keçməlidir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında “Evrika” liseyinin direktoru Ofeliya Muradova lisey barədə dolaşan söz-söhbətə aydınlıq gətirərkən deyib. O, bir valideynin məktəbdə yaxşı təhsil verilməməsi, müəllimin şagirdləri təhqir etməsi iddiasına cavab olaraq bildirib ki, məktəbdə heç bir problem yoxdur:

“Həmin valideyn bir yerdə otura bilmir. Bilmirəm, bizdən nə istəyir... Hamıya şikayət edir. Artıq mediaya da verib. İstərdim ki, media gəlib məktəbi real olaraq görsün. Görsün ki, məktəb necədir, şagirdlərə necə təhsil verir. Sonra dəqiq məlumat  yazsın... Mən də zəng vurub çox sözlər deyə bilərəm. O demək deyil ki, media bunu çap etməlidir. Məsələni araşdırmadan necə yayımlaya bilərlər?”

Direktorun sözlərinə görə, şikayətçi valideyn övladını bizim məktəbə may ayında “Erudit” liseyindən gətirib:

“Təxmini 3 ay yarım  bizim liseydə oxuyub. Bir ay ərzində mən ona necə qiymət verə bilərəm? Orada necə oxuyubsa, həmin qiymətləri dəyişə bilməz. Çünki çox zəif uşaqdır. Valideyninə də demişəm ki, bura özəl liseydir. Övladınız dövlət məktəbinə getməli, fərdi hazırlıq keçməlidir. Ona bütün fənlərdən kömək lazımdır.

Uşaq çox zəifdir. Şəxsi işdə məktəbin verdiyi xarakteristika var. Gəlib həmin uşağın şəxsi işinə baxın, digər məktəblərin onun haqda nə yazdıqlarını görün.

O şagird bizə çox zəif halda gəlmişdi. Valideyn xahiş etdi ki, götürək. Mən ona neçə dəfə dedim ki, uşaq çox zəifdir, heç V sinfin proqramını bilmir. Siz gedin onun əvvəl oxuduğu məktəblərdən tələb edin, deyin ki, 4-5 il övladım burada heç nə öyrənməyib. Amma o bir həftədən sonra bizdən tələb etdi. O gündən tələb tələb üstünədir. Başa salırıq ki, övladınız zəifdir. Gah sinif rəhbərinin, gah müəllimin pis olduğunu deyir.

Neçə dəfə müraciət etmişik ki, buranın direktoru, müavini, kadrlar şöbəsi var. Gəlin  danışaq. Valideyn bununla da razı deyil”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları