Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 13:26:14
“Həcmindən asılı olmayaraq bu əsərlər qəbul proqramına salınacaq” - EKSPERT  

“X-XI siniflərdə hansı şair və yazıçılar tədris olunursa, abituriyentlər aşağı siniflər üzrə həmin şəxslərin yaradıcılığında keçirilən bütün əsərləri oxumalıdırlar. Həcmindən asılı olmayaraq əsərlər dərsliklərdə olduğu kimi qəbul proqramına daxil ediləcək”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin eksperti Rəna Xəlilova deyib. Onun sözlərinə görə, ali məktəblərə qəbulun ilkin mərhələsi buraxılış imtahanlarıdır:

“IX və XI sinif buraxılış imtahanları üzrə qəbul proqramı nəşr olunub. Şagirdlər Azərbaycan dilinin proqramı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında tanış ola bilərlər.Ədəbiyyat üzrə isə qəbul mövzuları hələ çap olunmayıb.

Əsəbiyyatın proqramı V-XI sinifləri əhatə edəcək. X-XI siniflərdə hansı şair və yazıçılar tədris olunursa, abituriyentlər aşağı siniflərdə həmin şəxslərin yaradıcılığında keçirilən bütün əsərləri oxumalıdırlar. Həcmindən asılı olmayaraq əsərlər dərsliklərdə olduğu kimi qəbul proqramına daxil ediləcək. Bu, abituriyentlər üçün elə də böyük çətinlik yaratmayacaq”.

2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları