Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 12:12:33
Uzun illərdir, tələbə üzünə həsrət kənd məktəbləri – Ağsuda lilli təhsil  

 

Qəbul  imtahanlarındakı  yüksək  göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Ağsu rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir: 

Abbasxanlı kənd orta məktəbi üzrə 2000,2001, 2005, 2008, 2010,2013, 2014, 2016 illər;

Ağabəyli kənd orta məktəbi üzrə 2000,2012-ci illər;

Ağarx kənd orta məktəbi üzrə 1996, 1998, 2006-2014-ci illər;

Aratkənd kənd orta məktəbi üzrə1995, 1996, 2003-2006-cı illər;

Bico kənd orta məktəbi üzrə 2000-2005, 2009-2014-cü illər;

Dilman kənd orta məktəbi  üzrə 1996,2006-cı illər;

Ərəbmehdibəy kənd orta məktəbi üzrə 1995-2001, 2007-2008, 2010-cu illər;

Ərəbuşağı kənd orta məktəbi  üzrə 1995-2000, 2003-2007, 2009-2011-ci illər;

İlxıçı kənd orta məktəbi üzrə 1995-1998, 2005-2013-cü illər;

Kalva kənd orta məktəbi üzrə 1998- 2003, 2005-2007-ci illər;

Kəndoba kənd orta məktəbi  üzrə 2016,2017-ci illər;

Xanbulaq kənd orta məktəbi  üzrə 1995-2014-cü illər;

Ləngəbiz kənd orta məktəbi  üzrə 1995-2014-cü illər;

Muradlı kənd orta məktəbi üzrə 2004-2012-ci illər;

Nuran kənd orta məktəbi üzrə 1995-2010-cu illər;

Padar kənd orta məktəbi üzrə 2006-2013, 2015-2017-ci illər;

Padarqışlaq kənd orta məktəbi  üzrə 1995-2000, 2015-2017-ci illər;

Rəhimli kənd orta məktəbi üzrə 2001-2010, 2013-2016-cı illər;

Ülgüc kənd orta məktəbi üzrə 1999- 2009, 2016,2017-ci illər;

Çaparlı kənd orta məktəbi üzrə 2000-2010-cu illər;

Çiyni kənd orta məktəbi üzrə 2001-2007-ci illər;

Daşdəmirbəyli kənd orta məktəbi üzrə 2003-2007, 2009-2011, 2017-ci illər;

Təklə kənd orta məktəbi üzrə 2004-2013-cu illərdə heç bir məzun ali təhsil müəssisələrinə daxil ola bilməyib.

Sözügedən orta təhsil müəssisələrindən əlavə, Ağsu rayonunun bəzi məktəblərində də qəbul göstəriciləri respublika səviyyəsindən aşağıdır. Eyni zamanda məktəblərdə şagird azlığı da müşahidə olunur.

Xatırladaq ki, Ağsu rayonu buraxılış və qəbul imtahanlarında ən aşağı nəticə göstərən bölgələrdən biridir. 2011-ci ildə DİM-in sədri Məleykə Abbaszadə bəzi bölgə məzunlarının, eləcə də Ağsu rayonunun abituriyentlərinin qəbulda topladıqları balın 100-dən aşağı olduğunu açıqlamışdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları