Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 14:20:00
Bu tələbələrə tibb hüququ tədris olunacaq  

Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında hüquq elminin yeni sahəsi olan tibb hüququnun tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

AzEdu.az  xəbər verir ki, imzalanma mərasimində institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva rəhbərlik etdiyi elm müəssisəsi ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tibb hüququnun tədrisində məqsəd həkim-pasiyent münasibətlərinin nizamlanmasının hüquqi əsaslarını təmin etməkdir.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli institutda təhsilin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb, tibb hüququnun tədris proqramına daxil edilməsinin vacibliyini diqqətə çatdırıb.