Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 12:46:28
Rezidentura bitirənlərə təyinat bu tarixdə veriləcək - İş yerlərinə nə zaman göndəriləcəklər?

Rezidentura təhsilini bitirənlərin təyinatı və iş yerinə göndərilmə tarixləri artıq açıqlanıb.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müraciət edənlər şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə bu tarixdə Səhiyyə Nazirliyinə yaxınlaşmalıdırlar.

Anesteziologiya-reanimatologiya, Ümumi cərrahiyyə, Plastik cərrahiyyə, Otorinolarinqologiya, Travmatologiya-ortopediya, Yoluxucu xəstəliklər ixtisaslarının təyinatı 27 noyabr,  Onkologiya, Oftalmologiya, Mamalıq-ginekologiya, Psixiatriya, Nevrologiya, Terapiya ixtisaslarına təyinat isə   28 noyabr tarixində artıq baş tutub.

Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Uşaq cərrahiyyəsi, Kardiologiya, Nefrologiya, Qastroenterologiya, Hematologiya, Dermatovenerologiya, İmmunologiya, Allerqologiya, Revmatologiya, Endokrinologiya, Narkologiya, Ftiziatriya, Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza, Pediatriya ixtisaslarının sahibləri bu gün saat 10:00-da təyinat alacaqlar.

Sabah eyni saat isə Fizioterapiya və tibbi bərpa, Şüa diaqnostikası, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Sosial gigiyena və səhiyyənin təşkili, Mikrobiologiya, Laboratoriya işi, Epidemiologiya, Urologiya ixtisaslarının sahibləri Səhiyyə Nazirliyində olmalıdırlar.

 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları