Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 09:57:00
Gənc müəllim  dünyada çox sevilən  proqramdan yararlandı – “Səhv cavaba ağladı”

AzEdu.az xəbər verir ki, məktəblilərdə dərsə xüsusi maraq  yaradan proqramlardan biri də “Polyup” proqramıdır.

Keçdiyi dərsdə bu proqramın üstünlüklərindən yararlanan Aysel Alıcanova təəssüratlarını AzEdu.az-la bölüşüb.

Müəllim bildirib ki,  “Polyup” proqramı uşaqların xüsusi marağına səbəb olub:

“Ən yeni proqramlardan biri olan, bütün dünyada geniş istifadə edilən "Polyup" proqramını biz də tətbiq etdik. Həm əyləndik, həm də hesablama işləri yerinə yetirdik.

Uşaqlar tapşırığı səhv edəndə Polyupun ağlaması, düz yerinə yetirdikdə gülməsi, hətta bəzən ingiliscə danışması  şagirdlərimdə şən-əhval ruhiyyə yaratdı. Dərslərimizi XXI əsrin tələblərinə görə qursaq, uşaqların maraq və ehtiyaclarını ödəmiş olarıq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları