Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 13:00:00
Cocuq Mərcanlıda 2 nəfər məktəbi qızıl medalla bitirib - DİREKTOR

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.

AzEdu.az xəbər verir kli, qurultayda çıxış edən Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev məktəbin göstəriciləri, burada baş verən yeniliklər barədə məlumat verib.

O bildirib ki, məktəbdə 100-ədək şagird təhsil alır:

“23 pedaqoji kadr var. Şagirdlərin keyfiyyətli təhsil alması üçün tədbirlər görülür. 2 nəfər məktəbi qızıl medalla bitirib. Olimpidalarda iştirak edən və ali məktəblərə qəbul olunan şagirdlərimiz də çoxdur”.

Qeyd edək ki, qurultayda "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi barədə danışılır və nəticələrin təhlili aparılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları