Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 11:55:17
Səttar Mehbalıyev müəllimlərə SÖZ VERDİ

“Müəllimlərin asudə vaxtlarını və istirahətlərini təmin etmək üçün əlimizdən gələni edəcəyik”

AzEdu.az xəbər verir ki, bu sözləri  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbaliyev müəllimlərinin XV qurultayındakı çıxışı zamanı deyib.

Müəllimlərə söz verən AHİK-nın sədri bildirib ki, təhsil cəmiyətin bütüm sahələrinə nüfuz edib:

“Yeni məktəb binaları tikilir, köhnələr təmir edilir. Büdcədən təhsilə ayrılan vəsait də iləbil artırılır. Təhsil nazirliyi uğurlu fəaliyyəti ilə seçilir.

Təşkilatımız da təhsilin inkişafında bir çox islahatlar aparıb. Söz verirəm ki, müəllimlərin asudə vaxtlarını və istirahətlərini təmin etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayda Təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri və media nümayəndələri iştirak edəcək. Ənənəvi olaraq 5 ildən bir keçirilən qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunur. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları