Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 11:15:00
Nazir növbəti qurultaya qədər görüləcək işlərdən danışdı: “Yeni ixtisaslara ehtiyac yaranacaq”

Təhsil naziri Ceyhun Bayaramov növbəti qurultaya qədər həlli vacib olan məqamları sadalayıb.

AzEdu.az xəbər verir kmi, nazir bildirib ki,  bu müddətdə əmək bazarında yeni ixtisaslı kadrlara ehtiyac yaranacaq:

“Ümumitəhsilin məzmunun təkmilləşdirilməsi, təhsilin əmək bazarına uyğunlaşdırılması növbəti qurutayacan həlli vacib olan məqamlardandır. Əmək bazarında yeni ixtisaslara ehtiyac yaranacaq. Təmayülləşmənin erken yaşlarında tətbiqi prioritet hesab olunmalıdır. Ali təhsildə əhatəliliyin və keyfiyətin artırılması da vacibdir.

Süni intellekt həyatın bütün sahələrinə nüfuz etməkdədir. Təhsil buna hazır olmalıdır. Dövlət və özel sektor səylərini bu məqsədlər əsasında cəmləşdirməlidir. İnanıram ki, növbəti illərəd Azərbaycan təhsili keyfiyyət göstəricilərindən birinə çevriləcək”.

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayda Təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri və media nümayəndələri iştirak edəcək. Ənənəvi olaraq 5 ildən bir keçirilən qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunur. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları