Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 12:50:00
Azərbaycanda təhsil xərcləri artırıldı 

Azərbaycanda təhsil xərcləri artırıldı.

AzEdu.az xəbər verir ki, bununla bağlı Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir bildirib ki, 2019-2020-ci tədris ilin başlayaraq ölkə üzrə ali təhsil alanlarla nisbətdə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Mirmahmud Kazımoğlu