Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 16:32:29
Maraqlı tələbə bəhanələri - “Yuxudan oyadan yox idi”

Gənclik ömrün baharı, tələbəlik illəri isə bu baharın solmaz çiçəkləridir. Çoxlarımız tələbəlik həyatını keçmiş, bəzilərimiz bu həyata hazırlaşır, digərlərimiz isə bu yolu heç keçməyib.

Maraqlıdır, görəsən,  tələbələrin ən çox işlətdikləri yalanlar və bəhanələr  hansıdır?

AzEdu.az  bununla bağlı tələbələrin fikrini öyrənib:

Azərbaycan Dövlət  Aqrar Universitetinin tələbəsi Mirzəzadə Röyalə- “Mən dərsə gecikdiyim zaman müəllimə “yatıb qalmışam”, “yuxudan oyadan yox idi” kimi bəhanələr söyləyirəm.Zəng olduqdan sonra sinfə daxil olduqda   müəllimə “dekanlıqdan tələbə biletimi alırdım” bildirirəm”.

Bakı Ali Neft Məktəbinin tələbəsi Kənan Məhəmmədli - “Yeni tələbə olduğum üçün o qədər də “yalan və bəhanələr”müşahidə eləməmişəm. Amma əsasən tələbələr dərsə hazırlıqsız olduqda,gecikdiyinə görə müəllimlərə bəhanələr söyləyirlər”.    

 Azərbaycan Dövlət İqtisad  Universiteti tələbəsinin Leyla Qulami - “Dərs müddətində  tələbə yoldaşımla danışdığım zaman   müəllim mənə yaxınlaşdıqda sakit olacağımı söyləyirəm. Amma  müəllim uzaqlaşanda  yenidən danışıram…(gülür) Başqa tələbəyə slayd hazırlayıram o isə müəllimə onu özü hazırladığını bildirir. Tələbə yoldaşım yəni qiymət almaqdan ötrü müəllimə bəhanə işlədir”.  

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Vəli Səməndərli - “Dərsə gecikdiyim zaman tələbə yoldaşlarıma “çatıram qayıb yazdırmayın”, dərsə  lazım olan təqdimatı  hazırlamayanda  “müəllim hazırlamışam mailə atmaq yaddan çıxıb” kimi bəhanələr işlədirəm. Tələbələr dərsə girmək istəməyəndə “müəllim kitabxanada dərs işləməliyik” və ya kimsə gəlməyəndə qrup nümayəndəsi- “müəllim xəstədi gələ bilmir” kimi bəhanələr işlədilir”.

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Nərgiz Abdullayeva - “Tələbəlik insan həyatında ən gözəl günlərdən biridir. Hər kəs üçün tələbəlik anlayışı fərqlidir. Mənim üçün bu illər tanrının  bəxş etdiyi  ən gözəl  hədiyyədir. Tələbə ən çox  bəhanəni,yalanı  müəllimə söyləyir. Tələbələr   “mövzünü tapmadığım üçün dərs oxumadım”, “qələmim olmadığı üçün yazı yazmıram”,  “xəstələndiyimə görə dərsə gəlmədim” və s. kimi yalan və bəhanələri müəllimlərə söyləyirlər. Amma onu da qeyd edim ki, universitet məktəbdən fərqli olduğu üçün  yalanlar və bəhanələr burada keçərli deyil”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi  Sübhanə Mirzəyeva- “Tələbələrin ən çox  müəllimə söylədiyi “gələn   dəfə dərs danışaram” bəhanəsidir. Ən çox işlətdikləri söz isə tələbə yoldaşlarına müriaciətlə “müəllimə qaib yazdırmayın gəlirəm” demələridir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları