Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 14:17:00
Bu qədər tələbə universiteti iki diplomla bitirəcək – Nazir xaricdə təhsil rəqəmlərini sadaladı  

İkili diplom proqramlarının təsis edilməsi nəticəsində 420-ə yaxın gənc təhsillərini davam etdiriblər”.

Bunu təhsil naziri Ceyhun Bayramov “2019-2023 - cü illər üçün Azərbaycan respublikasında ali təhsil sisteminin beynəlxalq  rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunan mətbuat konfransındakı çıxışında deyib.

O, bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində 3558 nəfər xaricdə təhsil alıb. Onların əksəriyyəti artıq təhsillərini başa vuraraq ölkəyə qayıdıblar. 60% -i özəl, 40%-i isə dövlət sektorundan çalışaraq Azərbaycan təhsil sisteminə böyük töhfələr verirlər:

“Bu müddət ərzində aparıcı dünya universitetlərinin Bakıda filialları da açılıb. ADA Universiteti, BANM kimi yeni nəsil ali təhsil müəssisələrinin açılmasının şahidi olmuşuq.

Bir sıra ali təhsil müəssisələrinin aparıcı beynəlxalq universitetlərlə apardığı ikili diplom proqramlarını da vurğulamaq istərdim. Ölkə başçısı İlham Əliyev və Fransa prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycan - Fransız Universitetinin yaradılması böyük addımdır. İkili diplom proqramlarının təsis edilməsi nəticəsində 420-ə yaxın gənc təhsillərini davam etdiriblər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları