Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 11:00:00
DİM  yeni buraxılış imtahanı modelində onlayn sınaq imtahanları keçirəcək  - Abituriyentlərə “hava-su” kimi xəbər  

2019-cu ildə yeni qaydalarla keçiriləcək imtahanlarla bağlı abituriyentləri ən çox narahat edən suallardan biri də buraxılış imtahanları  modelində sınaq imtahanlarının təşkil olunub-olunmayacağı ilə bağlı idi. 

Mövzu ilə əlaqədar,  Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qəbul modelində sınaq imtahanları keçirilsə də, buraxılış imtahanı modelində sınaqların təşkili nəzərdə tutulmur.

AzEdu.az xəbər verir ki, bununla belə, DİM öz rəsmi facebook səhifəsində 2019-cu ildə keçiriləcək buraxılış imtahanı modelində onlayn sınaq imtahanlarının keçiriləcəyini elan edib.

İmtahanda açıq, qapalı, situasiya tipli, mətn əsasında oxuyub cavablandırma və xarici dillərdən dinləyib-anlama bacarıqlarının yoxlanılması üçün hazırlanmış test tapşırıqlarından istifadə olunacaq. İmtahanda iştirak etmək istəyən şəxslər qeyd olunan link vasitəsilə girib qeydiyyatdan keçməlidirlər: http://otk.az/index.php?menu=courses_lang&id_category=2&id_course=102&group=0&id_yazilish=3124&fbclid=IwAR3PFr16Rlyk_JJ50GHjq-YBtHpaMktIA6sBMFHZuqdkCiXHtxj0ba8OhLQ

Qeyd edək ki, buraxılış imtahanlarının proqramı və formatı ilə yaxından tanış olmaq üçün “Abituriyent”jurnalının xüsusi buraxılışlarını əldə edə bilərsiniz. Qəbul imtahanlarının proqramları isə noyabr ayının ikinci yarısından etibarən nəşr olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları