Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 17:08:25
Azərbaycanda yalnız bu elmi jurnallara etibar edə bilərsiniz - Alim və müəllimlər üçün vacib siyahı

Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunması və elmi ictimaiyyətə çatdırılmasında, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən elmi və elmi-metodik jurnallar mühüm rol oynayır. Elmi araşdırmanın nəticəsinin hansı jurnalda dərc olunmasından da çox şey asılıdır. Bu, həm də araşdırmaçı müəllifin məsələyə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.

Elmi məqalənin dərc olunduğu jurnalın Ali Attestasiya Komissiyası tərəfindən tanınması mühümdür.

Ölkəmizdə elmi araşdırmaların yayılanması üçün nəzərdə tutulan xeyli elmi jurnallar fəaliyyət göstərməkdədir. Onlar arasında İpək yolu, Audit, Tağıyev oxuları kimi maraqlı adı olanlara da rast gəlinir.

AzEdu.az elm xadimlərini nəzərə alaraq Azərbaycanda ən mühüm, Ali Attestasiya Komisiyasının da tanıdığı jurnalları ayrı-ayrı ali təhsil müəssisələri üzrə təqdim edir:

Bunlardan ikisi beynəlxalq jurnal hesab edilir:

AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, BDU- Tətbiqi Riyaziyyat İnstitutunun nəşr etdiyi “Tətbiqi və hesablama riyaziyyatı” jurnalı və  Azərbaycan Texniki Universitetində dərc olunan “Maşınşünaslıq” jurnalı.

Respublika səviyyəli elmi nəşrlərə isə bunlar daxildir:

BDU

Bakı Universitetinin Xəbərləri

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Elmi məcmuəsi

“Kitabşünaslıq və Nəşriyyat işi” -BDU

“Kitabşünaslıq və Biblioqrafiya”- BDU

Elmi əsərlər- ADNSU, “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu

“Tarix və onun problemləri” - BDU

“Psixologiya jurnalı” - BDU

“Dil və ədəbiyyat” – BDU

“Beynəlxalq hüquq və inteqrasiya problemləri” - BDU

ADNSU

“Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri”

Dövlət İdarəçilik Akademiyası

“Dövlət İdarəçiliyi: Nəzəriyyə və Təcrübə”

Azərbaycan Texniki Universiteti

“Elmi Əsərlər. Fundamental Elmlər”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi əsərləri

Azərbaycan Dövlət İqtisad Universiteti

“İqtisad elmləri: nəzəriyyə və praktika”

Azərbaycan Dövlət Pedaqoji Universiteti

“Təhsildə İKT”

“Pedaqoji Universitetin Xəbərləri”

Azərbaycan Dillər Universitet

Dil və ədəbiyyat

Bakı Slavyan Universitetinin Elmi Əsərləri

Humanitar elmlərin öyrənilməsinin aktual problemləri

“Tağıyev oxuları”

“Mütərcim”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Mədəniyyət dünyası

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin Elmi Əsərləri

Azərbaycan Milli Konservatoriyası

“Konservatoriyan”

Azərbaycan Universiteti

“İpək yolu”

Bakı Avrasiya Universitet

“Sivilizasiya”

Bakı Qızlar Universitetinin Elmi Əsərləri

Xəzər Universiteti

Khazar Journal of Mathematics

“Azərbaycan Arxeologiyası”

Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri

Bakı Biznes Universiteti

“Audit”

Azərbaycan Kooperasiya Universiteti

“Kooperasiya”

Təhsil Nazirliyi

“Azərbaycan məktəbi”

“Azərbaycan dili və ədəbiyyatı tədrisi”

“İbtidai məktəb və məktəbəqədər tərbiyə”

“Kimya məktəbdə”

“Fizika, riyaziyyat və informatikanın tədrisi”

“Azərbaycanda rus dili və ədəbiyyatı”

“Nəzəriyvə Tətbiqi Mexanika”

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Elmi Əsərlər

Bölgələrdəki universitetlər

Sumqayıt  Dövlət  Universiteti. Elmi  Xəbərlər

Naxçıvan  Dövlət  Universiteti. Elmi  Əsərlər

Gəncə  Dövlət  Universiteti.  Elmi  Xəbərləri

Naxçıvan  Müəllimlər  İnstitutunun  Xəbərləri

Lənkəran Dövlət Universitetinin Xəbərləri

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları