Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 16:38:49
Doktorant və dissertantlar imtahan verdilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda neft kimyası, kimya texnologiyası və mühəndisliyi, neft-qaz-daş kömür emalı və texnologiyası və kimya ixtisaslarından fəlsəfə doktoru hazırlığı üzrə doktorantların minimum imtahanı keçirilib.

İnstitutdan AzEdu.az-a bildiriblər ki, imtahanda 11 nəfər iştirak edib. Müəssisədə imtahan komissiyası təşkil olunub, imtahan bitdikdən dərhal sonra nəticələr elan edilib.