Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 13:30:00
Bakı Dövlət Universitetinə yeni rektor təyin olunub? - Nazirlikdən açıqlama

Bakı Dövlət Universitetinin mətbuat xidməti sosial şəbəkələrdə bu təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə məlumatlarla bağlı AzEdu.az-ın sorğusunu cavablandırıb.

Bildirilib ki, bu təhsil müəssisəsinə rektor təyin edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə AzEdu.az-a açıqlamasında  qeyd edib ki, hazırda Bakı Dövlət Universitetinin rektoru vəzifəsini universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva icra edir.