Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 13:13:36
UNEC-in müəllimləri bələdiyyə işçilərinə tövsiyələr veriblər - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) biznes və menecment fakültəsinin menecment kafedrasının müdiri, professor Kamil Şahbazov və dosent Zakir Mirzəyev Binəqədi rayonunda bələdiyyə işçiləri ilə görüşüblər.

Universitetdən AzEdu.az-a bildirilib ki, görüş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in strateji planına uyğun olaraq keçirilib. Görüş çərçivəsində bələdiyyə ərazisində kiçik orta sahibkar fəaliyyətinin təşkili üzrə tövsiyələr verilib, risklərin idarə edilməsi və sığortalanması üzrə stolüstu məlumat kitabçası praktik istifadə üçün təqdim olunub.

Bununla yanaşı, dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrin auditoriyadan kənar saatlarının, eləcə də istehsalat təcrübələrinin bələdiyyələrdə keçirilməsi müzakirə olunub və müvafiq razılıq əldə edilib.