Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 12:46:00
Reyhan Camalova dünyanın 100 ən nüfuzlu qadını arasında – BBC gənc ixtiraçını seçdi

BBC dünyanın dörd bir yanından 100  ən nüfuzlu qadınların siyahısını açıqlayıb.

AzEdu.az xəbər verir ki, siyahıda azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova da yer alıb. O, bu barədə öz şəxsi facebook hesabında məlumat yayıb. 

Xatırladaq ki, Reyhan Camalova 2017-ci ildə qurulan Reynerci (ing. Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları