Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 11:24:32
2018-ci ildə keçirilən buraxılış imtahanlarının statistik  göstəriciləri –DİM açıqladı  

AzEdu.az Dövlət  İmtahan Mərkəzinin təqdim etdiyi  2018-ci ildə keçirilən buraxılış imtahanlarının statistik  göstəricilərini təqdim edir:

İmtahanın I mərhələsi:

Ana dili fənnindən 10 yazı işi və 10 qapalı tapşırığı (2 oxu mətninə əsaslanan tapşırıq).

Riyaziyyatdan 10 ədəd həllinin yazılması tələb olunan tapşırıq.

İmtahanın II mərhələsi:

Ana dili fənnindən 30 ədəd qapalı test tapşırığı, Riyaziyyatdan 30 ədəd qapalı test tapşırığı.

Bu imtahanlarda Azərbaycan dili bölməsi üzrə Ana dili və riyaziyyat fənnindən 10.7485 nəfər iştirak edib. Rus bölməsi üzrə isə hər iki fəndən 7.518 nəfərin biliyi qiymətləndirilib. Ümumilikdə hər iki mərhələdə Ana dili fənnindən 115.003, Riyaziyyat fənnindən 115.367 nəfər imtahanda iştirak edib.

Qeyd edək ki, yoxlama prosesində Ana dili fənninin yoxlanılmasına 204, Riyaziyyatın yoxlanılmasına 141 marker ayrılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları