Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 10:06:00
 Məktəbli qızın Salahdan  xahişi dünya gündəmində - “Qol vur, dərslərimi hazırlamalıyam”

 

Misirli məktəbli qızın ulduz futbolçudan xahişi dünya idman mediasının gündəmində əsas xəbərlərdən biri olub.

AzEdu.az xəbər verir ki, azyaşlı qız şagird Misir futbol tarixinin ən güclü futbolçusu, hazırda dünya idman ulduzlarının reytinqində ilk sıralarda qərarlaşan Məhəmməd Salahdan maraqlı xahişdə bulunub.

Afrika Millətlər Liqasında keçirilən Misir - Tunis matçında balaca bir qız "Salah, lütfən qol vur, evə getmək istəyirəm, tapşırıqlarım var", deyə bir pankart açıb.

Matçdan sonra Salah tvitterdə ondan üzr istəyib: "Həqiqətən də səni evə göndərməyə çalışdım. Son dəqiqələrə qədər sürdüyü üçün üzr istəyirəm. Ümid edirəm ki, sabah müəllimən vəziyyəti anlayışla qarşılayar".

Salah 90+2-ci dəqiqədə vurduğu qolla komandasına 3:2 hesablı qələbə qazandırdı