Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-18 17:30:00
Avropanın ən savadlı şagirdləri bu ölkədə yaşayırlar - Kiçik dövlətin təhsil möcüzəsi

Hər bir ölkənin inkişafı birbaşa olaraq onun təhsil sisteminin keyfiyyəti ilə bağlıdır. Sosial rifah halı, iqtisadi qüdrəti, hərbi gücü, əsasən də XXI əsrin başlıca trendi olan texnoloji potensialı yüksək olan ölkələr illər öncə təhsil sahəsində həyata keçirdikləri islahatların bəhrələrini görürlər. İndi liberal ab-havası hesabına ciddi uğurlar qazanmış Finlandiya təhsil sistemindən çox danışılır. Yaxud ötən əsrin sonlarının iqtisadi möcüzəsi sayılan Cənubi Koreyanın uğurları sərt tədris prosesi ilə izah olunur. PISA-nm 2017-ci ilə dair nəticələrinə görə, Estoniya məktəbliləri savad və biliklərinə görə dünyada üçüncü, Avropada isə birincidirlər. Bu faktla ilk dəfə tanış olan oxucu üçün qəribə görünə bilər: Estoniya? Cəmi 25 il əvvəl SSRİ mirasından qurtulmuş kiçik postsovet ölkəsi? Nəyin hesabına? 

Estoniyada təhsil yalnız təlim-tərbiyənin mühüm amillərindən biri deyil, həm də Konstitusiya tərəfindən təsbit olunmuş məcburi prosesdir. Mütəxəssislər hesab edirlər ki, Estoniya təhsil sisteminin ən mühüm özəlliyi onun rahatlığıdır. Uşaq bağçalarının əksəriyyətinin özəl olmasına baxmayaraq, məktəbəqədər təhsil hər bir ailə üçün əlçatandır. Yerli qanunlara görə, dövlət hər bir uşağın xərclərinin 50%-ni öz üzərinə götürür. Ancaq belə bir məqam da var ki, hər bir ailənin uşaq bağçası xərcləri aylıq məvacibin 20%-dən çox olmamalıdır. 7 yaşma çatmış uşaq növbəti mərhələ - orta məktəbə qədəm qoyur. Qeyd edək ki, uşaq bağçalanndakı təlim eston dilində həyata keçirilir.

 

Tam orta təhsil 4 mərhələdən ibarətdir:

 

- 1-3-cü siniflər;

- 4-6-cı siniflər;

- 7-9-cu siniflər;

- 10-12-ci siniflər (gimnaziya təhsili).

 İlk üç mərhələ hökumət tərəfindən hazırlanmış vahid tədris proqramına uyğun həyata keçirilir. Sinifdən-sinfə keçid yalnız müəllimin verdiyi müsbət rəy əsasında mümkündür. Əgər hər hansı şagird proqramdan geri qalırsa, o, yay tətili ərzində əlavə dərslərdə iştirak etməlidir. 9-cu sinfi bitirən şagird ya əlaçı sertifikatı alır, ya da anqlosakson sistemi əsasında 1-dən 5-dək qiymətlərin əks olunduğu attestat. Şagird seçim etməlidir: ya orta məktəbdə təhsilini davam etdirməli, ya da orta xüsusi təhsil müəssisələrinə qəbul olunmalıdır. Əgər şagird birinci yolu seçirsə, gimnaziya təhsilinə qədəm qoyur. Burada da onun iki seçimi var:

 1. Universitetdə təhsil almaq planı varsa, akademik istiqamət;

2. İş yeri barədə düşünürsə, peşə istiqaməti.

Estoniya zəngin təhsil ənənələrinə sahibdir. Ali məktəb tarixi 1632-ci ildə İsveç kralı II Qustav Adolfim Tartu Universitetinin əsasını qoyması ilə başlayır. Hazırda ali məktəblərə daxil olma prosesi orta məktəbdə alman qiymətlərə əsasən həyata keçirilir. Orta məktəbdə verilmiş imtahanların qiymətləri ali məktəbə daxil olmaq üçün əsasdır. Ali məktəblər iki qrupa bölünür: akademik və tətbiqi. Əgər birinci qrup müxtəlif istiqamətlər üzrə bakalavr, magistr və doktorluq təhsili təklif edirsə, ikincidə daha məhdud profilli və yalnız bir istiqaməti ehtiva edən təhsildən söhbət gedir. Ancaq 2005-ci ildə qanuna edilmiş dəyişikliyə əsasən, tətbiqi profilli ali məktəblər də tələb olunan infrastruktura malik olduqları halda magistratura təhsili verə biləcəklər.

 Estoniya təhsil sistemində həyata keçirilən islahatlardan sonra bakalavr təhsili 3, magistr təhsili isə 2 ildən ibarətdir. Bu, ECTS sistemi üzrə 280 bal deməkdir. ECTS - tədris proqramı və kursu öyrənməsi müddətində tələbənin işinin uçotu sistemidir. Estoniyada 280 bal toplamış məzun Avropanın istənilən yerində işlə təmin oluna bilər.

Son illərin dəyişməz lideri olan Tartu Universiteti daha nüfuzludur. Tartu dünyanın ən tanınmış 600 ali məktəbindən biridir. İkinci yerdə gələn Tallin Universiteti humanitar və sosial elmlər sahəsində ixtisaslaşıb. 2005-ci ildə təsis olunub və ölkənin ən sürətlə böyüyən ali məktəbi hesab olunur. Burada tələbələr rus və ingilis dillərində də təhsil ala bilərlər. Məşhur Baltik kinematoqrafiya və KİV məktəbi Tallin Universitetinin tərkib hissəsidir.

 Estoniyanın üçüncü ən populyar ali məktəbi isə Tallin Texnoloji Universitetidir.

 Burada tələbələr həm texniki-mühəndislik, həm də beynəlxalq münasibətlər və biznes təmayüllü təhsil alırlar. “Studentland”m verdiyi məlumata görə, Estoniyada 150-dək proqram mövcuddur ki, onların əsasında ingilis dilində bakalavr, magistr və doktorluq təhsili almaq olar.

 “Estonian Business School” 1988-ci ildə yaradılıb və ilk özəl ali məktəb sayılır. Adından da göründüyü kimi, əsas etibarilə biznes təhsili üzərində ixtisaslaşıb. Kommersiyanın sirlərinə eyni zamanda, Tallində fəaliyyət göstərən digər özəl ali məktəb - “Mainor Business SchooF’da da yiyələnmək olar.

 Əgər tələbə dövlətdən güzəşt əldə edə bilmirsə, ali təhsilin orta illik qiyməti 1400-4000 avro təşkil edə bilər.Tartu Universitetində 7000 avroluq fakültələr də var. Tələbənin aylıq xərci 400-500 avrodur. Bir məqamı unutmaq olmaz:

Hesab olunur ki, bütün bunlar son illərdə həyata keçirilmiş aşağıdakı islahatlar hesabına mümkün olub:

 

1. 2002-ci ildən Bolonya sisteminə keçilib - bakalavr 3, magistr 2, doktorluq pilləsi 4 il;

2. Proqram və universitetlərin akreditasiyası üçün tələblər dəyişilib və liberallaşdırılıb;

3. Tətbiqi proqramlar üzrə ali məktəbə məxsusi diqqət göstərilib, akrreditasiya şərtləri yumşaldılıb;

4. Qanunvericilik təkmilləşdirilib.

 

Uğur faktorları

 

Yazımızın lap əvvəlində belə bir sual qoymuşduq: nəyin hesabına Estoniya təhsil sahəsində ciddi uğurlar qazana bilib? Konkret olsun deyə, çoxsaylı amilləri ümumiləşdiririk:

 

- Estoniya həyat səviyyəsinə görə dünyanın ən yaxşılarından biridir. Son illər ərzində Estoniya internet azadlığı sahəsində dünya ikincisi olub. Ölkə adambaşına düşən startaplann sayma görə dünya rekordçusudur;

- Ölkədə xeyli müddətdir ki, elektron hökumət və institutlar fəaliyyət göstərir. Həyatın bütün sferaları internet vasitəsilə idarə olunur;

- Məktəblər “Elektron Estoniya”nm tərkibinə daxildir. Müəllimlərin, məktəb administrasiyasının və valideynlərin kompüterləri uşaqların ev işlərinə belə nəzarət edə bilən vahid sistemə daxildir;

- 20 ildir “Pələngin tullanışı” adlı proqram fəaliyyət göstərir. Bütün məktəblər, müəllimlər və şagirdlər kompüterlə təmin olunublar. Bu proqram hesabına məktəb islahatlarının digər mərhələsinə - məktəblərin rəqəmsallaşmasına keçid mümkün olub;

- Kadr siyasəti. Uşaq bağçalarında körpələrin tərbiyəsi ilə tərbiyəçilər deyil, peşəkar müəllimlər məşğuldur. Direktor vəzifəsi seçkilidir. Estoniyada ən güclü seçki rəqabəti məhz direktorun seçimi zamanı müşahidə olunur: bir yerə 25-30 namizəd! Direktoru müəllimlər, valideynlər və şagirdlər seçir. Müəllimlər daimi təkmilləşmə prosesindədirlər. Məktəb heyətinin 94%-i xüsusi pedaqoji təcrübələri olan peşəkarlardan ibarətdir. 2017-ci ildən etibarən müəllimin orta aylıq əmək haqqı 1270 avro təşkil edir;

- Keyfiyyətli təhsildə bərabərlik prinsipi. Estoniyada tez-tez qeyd etməyi sevirlər ki, heç bir uşaq təhsilində ailəsinin sosial-iqtisadi durumuna görə fərqləndirilməməlidir. PİSA-nm araşdırmalarına görə, Estoniyada maliyyə durumu aşağı olan ailələrin uşaqları təhsildə daha yüksək nəticələr göstərirlər;

- Məktəblərdə ev işi mütləqdir! Finlandiyadan fərqli olaraq Estoniyada hesab olunur ki, uşaqlara ev tapşırığı verilməlidir. Özü də kifayət qədər həcmdə. Ancaq o qədər ki, hobbi və əyləncəyə də vaxt qalsın. Müəllimlər ev tapşırıqlarının hazırlanması prosesində valideynlərlə sıx təmasdadırlar. Hətta övladlarına ev işlərinin hazırlanmasında köməklik etmək üçün valideynlərin pulsuz ingilis dili kurslarına cəlb olunma praktikası da mövcuddur;

- İnklüziv təhsil. Estoniya bu sahəni nizamlayan bütün beynəlxalq sənədlərə imza atıb. 15 vilayətdən hər birində fiziki məhdudiyyətli uşaqların təhsil almalarına köməklik göstərən mütəxəssislərdən ibarət mərkəzlər fəaliyyət göstərir;

- Proqramdan geri qalan uşaq heç bir halda ikinci ilə saxlanılmamalıdır. Bu istiqamətdə Estoniya Skandinav təcrübəsindən yararlanır, geri qalan uşaqla fərdi iş aparılır;

- Ənənələrin gücü. Estoniyada 1686-cı ildən etibarən qızların və oğlanların təhsili məcburidir. Görünür, bu tarixi amil ölkə əhalisinin savadlılıq həddinin yüksək olmasında başlıca rol oynayır.

Estoniya bu gün təhsilinin şəffaflığı və yüksək keyfiyyəti hesabına ümumavropa təhsil məkanının ayrılmaz hissəsidir. Hazırda ölkə IT-texnologiyalann inkişafı və gündəlik həyatın bütün sferalarına tətbiqi sahəsində Avropa lideridir, dünyada isə ən qabaqcıl ölkələr sırasındadır. Dövlət təhsil prosesinə və təhsil alana dayanmadan dəstək verir. Son hədəf savadlı məzunun ölkənin tərəqqisi prosesinə cəlb edilməsidir. Bu siyasətin nəticəsidir ki, ali məktəbləri bitirən nəinki yerli məzunlar, hətta əcnəbi tələbələr belə Estoniyada qalıb işləmək arzusundadırlar. Belə demək mümkündürsə,

Estoniya ənənəvi qabaqcıl təhsil ölkələri qədər PR-a ehtiyac duymayan yeni “təhsil cənnəti”dir. ("Azərbaycan müəllimi" qəzeti)