Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-18 15:00:00
Dünya  ölkələri  Beynəlxalq  Tələbələr  Gününü  necə  qeyd  etdi?

Bolqarıstanda 17 noyabr - Beynəlxalq Tələbələr Günü qeyd olunub.

AzEdu.az , bu əlamətdar gün münasibətilə Bolqarıstanın ali təhsil ocaqlarında tədbirlər keçirilib. Tədbirlərdə bu günün tarixindən söz açılıb. Qeyd olunub ki, 1941-ci il noyabrın 17-də Londonda faşizmə qarşı mübarizə aparan tələbələrin beynəlxalq yığıncağında Beynəlxalq Tələbələr Gününün keçirilməsi barədə qərar qəbul olunub. Bu tarix faşizmə qarşı mübarizədə həlak olmuş Çex tələbələrinin xatirəsinə həsr edilib. Belə ki, nasistlərin işğalı altında olan Çexoslovakiyada 1939-cu il noyabrın 16-da Praqa tələbələri və onların müəllimləri təhsil günü münasibətilə yürüş ediblər. Faşistlərin onlara atəş açması nəticəsində tələbə Yan Opletal həlak olub. Etiraz aksiyası gücləndikdən sonra nasistlər ölkədəki universitetlərin hamısını bağlayıb, noyabrın 17-də yataqxanalara hücum edərək 1200 tələbəni həbs ediblər. Onlardan 9-u Ruzine həbsxanasında məhkəməsiz edam edilib.

Hazırda noyabrın 17-də dünya ölkələrinin ali təhsil ocaqlarında Beynəlxalq Tələbələr Günü qeyd olunur.