Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-17 15:50:00
Tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanacaq

Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanacaq.

AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə tədiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramında bu ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili, əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi nəzərdə tututlur. Bundan başqa, Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrinin inkişaf göstəriciləri beynəlxalq reytinqin tələblərinə uyğunlaşdırılacaq.

İşin icrası Təhsil Nazirliyinə, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumlarına tapşırılıb.