Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-17 15:20:00
Müəllim adının ən yüksək tutulduğu ölkələr- TOP 10

İngiltərənin Varkey Təşkilatı  35 ölkəni əhatə edən araşdırma aparıb. 30 000 insan arasında anket sorğusu vasitəsilə aparılan araşdırma zamanı ayrı-ayrı ölələrdə müəllimlərə nə dərəcədə etibar edildiyini araşdırıb. Anketdə həmin ölkədə müəllimlərə verilən dəyər, onların statusu ilə bağlı suallar yer alıb.

Sorğuda “müəllimliyi status baxımından hansı peşə ilə müqayisə edərdiniz?” sualı da yer alıb. Türkiyədə bu peşə sahibləri həkim, digər ölkələrdə isə kitabxanaçı ilə müqaisə edilib.

Araşdırma nəticəsində məlum olub ki, müəllimə ən çox hörmət edən ölkə Çindir. Burada müəllimlik ən nüfuzlu peşələrdən biri hesab edilir. Müəllim nüfuzunun ən aşağı tutulduğu ölkə isə Braziliya olub.

Türkiyə bu siyahıda 7, Hindistan  8, Yeni Zellandiya isə 9-cu yerdə qərarlaşıb. Qəribəsi budur ki, əcəbi tələbələri cəlb edən proqramların çoxluğu ilə seçilən Sinqapur, Finlandiya, Yaponiya, Kanada kimi ölkələrdə müəllimlərə etibarın daha aşağı olması müəyyənləşib.  Şərqi Asiya ölkələri müəllimə etdikləri hörmətə görə Avropa və Amerikanı geridə qoyub. Avropa ölkələri sırasında ən yaxşı nəticəni 4-cü yerdə qərarlaşaraq Rusiya göstərib.

AzEdu.az araşdırmanın nəticələrinə əsasən ilk onluğu təqdim edir:

1.Çin

2.Malaiziya

3.Tayvan

4.Rusiya

5.İndoneziya

6.Cənubi Koreya

7.Terkiyə

8.Hindistan

9.Yeni Zellandiya

10.Sinqapur

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları