Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-17 14:19:00
“Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda konfrans keçirilib

Konfransın keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri,  Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

AzEdu.az xəbər verir ki,Dövlət İmtahan Mərkəzi tərəfindən noyabr ayı ərzində Gəncə, Şəki, Lənkəran, Naxçıvan şəhərlərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda konfranslar keçirilib.

Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri,  Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti konfrans 17 noyabr 2018-ci il tarixində Bakı şəhərində keçirilib.

Konfransda ali təhsil müəssisələrinin rektorları, müxtəlif dövlət qurumları, təşkilat və səfirliklərin nümayəndələri, təhsil ekspertləri, DİM-in imtahanlarında iştirak edən nəzarətçi-müəllimlər, imtahan rəhbərləri, ictimai şura üzvləri, qeyri-hökumət təşkilatları nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin  fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti mövzusunda açılış nitqi ilə çıxış edib. M. Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. Həyata keçirilən tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq, DİM-in fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub.

Sədr bildirib ki, “müxtəlif kütləvilik dərəcəsinə malik və müxtəlif sahələri əhatə edən, məzmun və metodika baxımından rəngarəng imtahanların hazırlanması və idarə olunması müvafiq maddi-texniki baza ilə yanaşı, ciddi insan resurslarının cəlb olunmasını da tələb edir. DİM-in mərkəzi aparatı və regional bölmələri də daxil olmaqla ümumilikdə şəxsi heyyəti 210 nəfərdən ibarətdir. Təbii ki, qeyd olunan həcmdə tədbirlərin həyata keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac vardır. 2018-ci il ərzində DİM-in həyata keçirdiyi imthanalarda ümumilikdə 641 517 nəfər iştirak edib. İmtahanların təşkili və idarə olunmasına 48 mindən çox əməkdaş, məzmunun formalaşdırılması üçün isə 2 mindən çox mütəxəssis cəlb edilib. Bu əməkdaşlar və mütəxəssislər hüquq mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir və DİM-in əməkdaşları ilə çiyin-çiyinə imtahanların həyata keçirilməsinə öz töhfələrini verirlər”.

 Daha sonra konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən aşağıdakı mövzularda təqdimatlar edilib:

 Çıxışlarda Mərkəz tərəfindən həyata keçirilən imtahanlar, imtahanların təşkili və idarəedilməsi məqsədi ilə aparılan hazırlıq işləri və fəaliyyət istiqamətləri, 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılma texnologiyasının üstünlükləri, imtahanlarda istifadə olunan materialların hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodiki vəsaitlər, dərsliklərin monitorinqi, elektron informasiya ehtiyatlarının yaradılması, dövlət qulluqçularının reyestri xidməti, dövlət qulluğu sahəsində görülən işlər, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.

Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş imtahan rəhbəri, nəzarətçi-müəllimlər mükafatlandırılıb və onlar “Fəxri fərmanla” təltif edilib.