Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-17 12:20:00
Türkiyədə beyin axını - məşhur professor İranı misal çəkdi

AzEdu.az xəbər verir ki, Türk professor İlber Ortaylı Ege Universitetində beyin axını mövuzunda etdiyi çıxışında gənclərə İrandakı durumdan misal çəkib.

"Çox zor günlərimiz ola bilər. Cümhuriyyət dəyərlərindən, Atatürkün bizdən gözlədiklərindən uzaq düşdüyümüzün fərqindəyik. Ən böyük bəla ölkəni tərk etməkdir. Türkiyədə ən savadlı kadrlar Nyu-York, Los Ancelesdə oterllərdə xidmətçi işləyirlər. Panika altında ölkəni tərk etmək yaxşı şey deyil. Bunun ən acı örnəyini qonşumuz İran yaşayır. Mədəni cəhətdən çox zəngin, bir çox cəhətdən bizdən daha mükəmməl bir xalq inqilabdan sonra 6,5 milyon savadlı övladını xaricə göndərdi. Bu çox faciəvi durumdur".

İlber Ortaylı yaranmış duruma görə heç kəsi ittiham etmək fikrində olmadığını, lakin reallığı səsləndirməyə məcbur qaldığını bildirib.(Teleqraf.com)