Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-17 10:40:00
“Banklara yalnız ekspertizadan keçən tapşırıqlar əlavə edilir”-Məleykə Abbaszadə

“Qəzetlər yazır ki,imtahanda köhnə testdən istifadə ediblər. Test nə qatıq, nə də turşudur ki, xarab olsun. Hər imtahandan sonra ölkədə də ekspertiza gedir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda keçirilən konfransdakı çıxışanda deyib.

O bildirib ki, imtahanlar təşkil olunmazdan öncə bütün dərsliklərin monitorinqi aparılır:

“Beləcə məlum olur ki, biz abituriyentlərdən nəyi soruşuruq. Hər tapşırıq ekspertizadan keçirilir. Ekspertinizadan keçən tapşırıqlar test banklarına əlavə edilir. Həmin tapşırıqdan monitorinq imtahanlarında da istifadə olunur. Müəyyən hallarda prosesə xarici eskpertlər də dəvət olunur. Hər sualı yoxlayıb onun xarakteristikasını müəyyənləşdiririk.

Qəzetlər yazır ki,imtahanda köhnə testdən istifadə ediblər. Test nə qatıq, nə də turşu deyil ki, xarab olsun. Hər imtahandan sonra ölkədə də ekspertiza gedir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları