Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-17 10:20:00
“10 ay ərzində işçilərə 3,5 milyon vəsait ödənilib”-Məleykə Abbaszadə

" 2367 nəfər ekspert, marker qismində işlərə cəlb olunub. Dövlət tərəfindən verilən 3 milyon yarım vəsaitin yarısı dəvət olunan şəxslərə əmək haqqı kimi ödənilib”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda Bakı şəhərində keçirilən konfransdakı çıxışanda deyib.

O bildirib ki, 10 ay ərzində imtahanlarda 641 517 namizəd iştirak edib. 18 603 nəfər isə qabiliyyət imrahanlarına qatılıb:

“Heyətimiz 210 nəfərdən ibarətdir. Onlardan 201 nəfəri  texniki işçilərdir.

Prosesi idarə etmək üçün bu 10 əy ərzində 48 309 nəfər ictimaiyyət nümayəndəsi dəvət olunub. 2367 nəfər isə ekspert, marker qismində işlərə cəlb olunub.

Dövlət tərəfindən verilən 3 milyon yarım vəsaitin yarısı dəvət olunan şəxslərə əmək haqqı kimi ödənilib”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları