Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 17:24:33
Direktorların imtahan verəcəyi tarix məlum oldu – Son bir neçə gün

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi 22-24 noyabr tarixlərində keçiriləcək.

Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, imtahanların Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında  keçirilməsi nəzərdə tutulub. İmtahanın keçiriləcəyi tarix və saat barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, imtahana gələrkən namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.