Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 17:00:00
Tanınmış yazıçı tələbələrə zamanı doğru idarənin sirrlərini açdı- FOTOLAR

Bakı Mühəndislik Universitetinin “Poliqon ” və “Kitab ” klublarının birgə təşkilatçılığı ilə “Zamanın idarə olunması ” adlı tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbir tələbələrin maarifləndirilməsi məqsədi ilə təşkil edilib. Son illərin ən çox oxunan psixoloji romanlarının müəllifi Rövşən Abdullaoğlu tələbələrə “Zamanın idarə olunması ” adlı təlim verib. O, zamanın düzgün istifadə edilməsinin faydaları və əksinin isə zərərlərindən danışıb. Nümunələr göstərərək mövzunu düşüncə, hiss, təfəkkür və psixoloji aspektlərdə izah edib. 

Təlimdə tələbələri maraqlandıran sualları cavablandıran yazıçı aktiv iştirak edən tələbələrə özünün müəllifi olduğu kitablarından hədiyyə edib. Qeyd edək ki, Rövşən Abdullaoğlu 24 kitabın müəllifidir. O, tələbələrə kecdiyi həyat yolundan və gələcək planlarından da danışıb və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.