Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 14:10:00
Məleykə Abbaszadə Xızıda vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə noyabrın 16-da şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Xızı rayonunda vətəndaşları qəbul edib.

AzEdu.az xəbər verir ki, qəbulda Xızı rayonunun sakinləri ilə yanaşı Sumqayıt, Abşeron, Siyəzən rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

AzEdu.az xəbər verir ki, görüşdə əsasən 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, əvvəlki illərin məzunlarının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.