Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 13:29:00
"Məsləhətlisi əziyyətlə də olsa kitab daşımaqdır" - Fazil Mustafa

“Hər dəfə xarici səfərdən qayıdanda gömrük işçilərinin diqqətini yük baqajımda çox sayda kitabın olması çəkir. Yaxınlaşıb hörmətlə soruşurlar ki, Fazil müəllim, bu qədər kitabı hər dəfə əziyyətlə xaricdən necə daşıyırsınız?  Bundan sonra belə bir sual kimsə verməz”.

AzEdu.az xəbər verir ki, bunu deputat Fazil Mustafa  sosial şəbəkədə yazıb. F. Mustafa keçmiş həmkarı Abel Məhərrəmovun gündəm olduğu məsələyə eyham vuraraq şərabın ziyanı haqda fikirlərini paylaşıb: 

“Məsləhətlisi əziyyətlə də olsa kitab daşımaqdır. Uca Yaradan boşuna şərabı haram saymayıb ki... Və ilk ayəsi də boşuna "Oxu!" olmayıb ki...”.