Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 12:30:00
Çətin Kimya dərsliklərinin anlaşılmaz üz qabıqları – Nəzərə alınmayan şagirdlər, şablon dizayn

AzEdu.az ayrı-ayrı fənn  kitablarını araşdırmaqda davam edir. Bu dəfə isə Kimya dərsliklərinin üz qabığı,  tərtibatı barədə danışılacaq.

Bəzən bu fənn dərsliklərinin üz qabığında atom quruluşunu əks etdirməklə kifayətlənirlər.

Bəs, mütəxəssislərin fikrincə, Kimya dərsliklərinin üz qabığı dizaynında hansı fərqli elementlərdən faydalanmaq olar?

“Mövzular geniş olduğuna görə şagirdin 1 dərs saatında hər hansı mövzudakı o qədər məlumatı qavraması mümkün deyil. Üzvi kimyanın məhz  IX sinif dərsliyinə salınması məlumat  və yeni termin bolluğuna səbəb olub ki, bu da vəziyyəti daha da ağırlaşdırır”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi katibi, Kimya elmləri doktoru  Mina Munşiyeva bildirib ki, dərsliklər uşaqların intellektinə hesablanmalı, marağına xidmət etməlidir:

“Əvvəlki dərsliklərin üz qabığında maraqlı şəkillər olurdu. Düzdür, 25 ildə elm çox inkişaf edib. Amma elə indi də SSRİ vaxtında olan tərtibatdan yararlana bilərlər. O vaxtlar dərsliklər çox maraqlı tərtib  olunurdu. Burada strukturlar, maraqlı quruluşlar, atomlar əks edilirdi. İndiki kitablarda da müasir kimya elementlərinə  yer verilsə, yaxşı olar”.

O qeyd edib ki, Kimya dərsliyindəki mövzular tarixdəki kimi uzun uzadı yox, konkret olmalıdır:

“Kimya elə ağır fəndir ki, uşaq onu əvvəldən başa düşməyə çalışmasa, sonradan heç cür  anlaya bilməz. Fənn VII sinifdən tədris olunur. Elə bu sinifdən etibarən şagirdləri maraqlandırmaq lazımdır. Dərsliyin üz qabığı elə olmalıdır ki, onu oxumaq uşağa maraqlı gəlsin. Çünki bu fənni hər şagird mənimsəyə bilmir”.

“İndiki test sistemi isə ümumiyyətlə, oyuncaqdır”

“Kimyada test yolverilməzdir. Test sistemi dəqiq fənlərdə işə yaramır. Mövzular elə yazılmalıdır ki, uşaq maraqlansın. Amma test buna imkan vermir”.

“Şagirdləri xeyli yeni məlumat və çətin terminlərlə bu qədər yükləməməliyik”

Bərdə Rayon Təhsil şöbəsinin kimya-biologiya metodisti Zövqiyye  Hümbətova isə bildirib ki, əslində son illər dərsliklər çox maraqlı nəşr olunur. İstər onların üz qabığı, tərtibatı,  istərsə də səhifələrin keyfiyyəti baxımından xeyli irəliləyiş var:

“Amma VII sinif  Kimya dərsliyi bu ilə qədər qaneedici vəziyyətdə deyildi. Bu il isə daha anlaşılan, şagirdlərin  qavraya biləcəyi formada dərc edilib”.

Onun sözlərinə görə, hazırda IX sinif kimya dərsliyində problem çoxdur. Çünki məlumatlar sıxlaşdırılaraq bir dərsə salınıb:

“Mövzular geniş olduğuna görə şagirdin 1 dərs saatında hər hansı mövzudakı o qədər məlumatı qavraması mümkün deyil. Onlar çətinlik çəkirlər. Üzvi kimyanın məhz  IX sinif dərsliyinə salınması məlumat  və yeni termin bolluğuna səbəb olub ki, bu da vəziyyəti daha da ağırlaşdırır. Məncə, şagirdləri xeyli yeni məlumat və çətin terminlərlə yükləməməliyik.

Ümumilikdə isə dərsliklərin tərtibatı, görünüşü olduqca maraqlıdır. Bu, şagirdləri kitabın içinə nəzər salmağa təhrik edir”.

119 saylı məktəbin kimya müəllimi, Kimya fənn kurikulumunun tədrisə tətbiqi üzrə, Kimya fənni üzrə ixtisasartırma kurslarında təlimçi, mentor Billurə Həşimovanın fikrincə, müasir texnologiya isə kitabların daha keyfiyyətli çapına şərait yaradır:

“Məktəblərdə tədrisi nəzərdə tutulan kitablar-dərsliklər həm keyfiyyət,  həm də mənbə baxımından daha dəqiq və məqsədəuyğun olmalıdır. Şagird kitabdan istifadə etmək üçün onu əlinə götürəndə öncə üz qabığını görür. Dərsliyin üz qabığı şagirdin yaş xüsusiyyətlərinə uyğun olmalı,  içindəki məzmunla uzlaşmalıdır.  Məsələn, XI sinif kimya kitabının üz qabığı həmin sinifdə tədris olunan  mövzulara uyğunluğu ilə seçilir.

Üz qabığını gözoxşayan, düşündürücü şəkillərlə dizayn edilməlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları