Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 10:05:00
Vüsal Məmmədov özüylə kimsəsiz adaya bu kitabları aparacaq – Baş redaktorun “Kitab çantası”

 

AzEdu.az “Kitab çantası”  rubrikasını davam etdirir.

Rubrikanın  məqsədi oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin  seçdiyi kitablarla  tanış etmək, onlardas mütaliə vərdişləri daha da gücləndirməkdir.

Oxumaq düşüncəni inkişaf etdirən və tezləşdirən əsas qaynaqlardan biridir. Bəzən  dahi şəxslərə  sual verilib: Əgər kimsəsiz  adaya, getsəniz özünüzlə  hansı kitabları  götürərsiniz?

Cavablar  isə çox müxtəlif olub...  Hər kəs özünün  “Kitab çantasında” olacaq tamam başqa ədəbiyyatların  adını  çəkib,  kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını  deyib.

Rubrikamızın   budəfəki  qonağı telejurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.

Görək , onun “kitab çantası”nda   nə var:

  1. Viktor Hüqo-“Səfillər”;
  2. Mixail Bulqakov-“Master və Marqarita”;
  3. Corc Oruell-“Heyvanıstan”;
  4. İlf və Petrov-“12 stul” , “Qızıl dana”;5.İsa Hüseynov-“Məşhər”;
  5. Mirzə Fətəli Axundov-“Kəmalüddövlə məktubları”;
  6. Çingiz Aytmatov -“Dəniz kənarıyla qaçan alabaş”;
  7. Anar-“Otel otağı”;
  8. Ernst Heminquey-“Qoca və dəniz”;
  9. “Kitabi Dədə Qorqud”.

 Vüsal Məmmədov əlavə olaraq  qeyd edib ki,  bu kitablar  cavabladığı andakı ovqatından doğan siyahıdır.  

Günel Yaşarqızı
Müəllifin digər yazıları