Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-14 14:36:00
Qəbul imtahanlarının hesablanma qaydasının ən sadə variantı- Çaşqınlıqdan qurtulun

2019-cu ildə keçiriləcək qəbul imtahanlarının hesablanma qaydası Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunub. Qaydalar müxtəlif düsturlarla riyazi dildə ifadə olunduğundan bir çox abituriyent üçün qaranlıq qalıb.

AzEdu.az yaranan çaşqınlığı nəzərə alaraq təhsil üzrə mütəxəssis Elxan Nəcəfovun balların hesablanma qaydalarıyla bağlı ətraflı izahı təqdim edir:

 Düstur və izaha əsasən balların hesablanması aşağıdakı kimidir.

QAYDALAR:

Şagird hər bir qrupda iki fəndən maksimum 150 bal, bir fəndən isə maksimum 100 bal toplaya bilər. Bu halda qrup üzrə maksimum bal 400 edir.

100 ballıq fənlərdə nəticənin hesablanması - QAPALI TESTLƏR:

Məlumdur ki, səhv cavabların doğru cavablara təsir etməsi yalnız qapalı testlərə aid edilir. Tutaq ki, şagird qapalı testlərdə  16+(düz) 4-(səhv) yazıb. 4 səhv 1 düzü aparır nisbəti ilə götürsək, bu halda yekun nəticə 15 düz edir.

AÇIQ TESTLƏR:

Təsəvvür edək ki, şagirdin açıq testlərdən (ümumi 5 açıq test olur)  2+(düz), 3- (səhv) yazıb. Bu tipli testlərdə səhv cavablar doğru cavablara təsir etmədiyi üçün düzgün cavabların sayı dəyişilmir : 2 düzgün cavab.

SİTUASİYA TİPLİ TAPŞIRIQLAR:

Situsasiya ( mətn, mənbə) test tapşırıqlarında (ümumi 3 tapşırıq) hər bir tapşırığa verilən maksimum bal 2-dir. Əgər şagird həmin tapşırıqlar üçün yazıla biləcək mümkün doğru cavabları tam və ya hamısını yazıbsa 2 bal, yarımçıq yazıbsa 1 bal, səhv yazıbsa 0 bal alır.

Təsəvvür edək ki, şagird yazıla bilən tapşırıqların birinə cavab verə bilməyib 0 bal alıb, ikinciyə yarımçıq cavab yazıb 1 bal alıb, üçüncü suala tam cavab yazdığı üçün 2 bal alıb. Bu halda yazıla bilən tapşırıqlardan şagirdin topladığı bal 3 edir.

NİSBİ BAL HESABLANMASI:

Yuxarıda verilən izahlar əsasında şagirdin 100 ballıq fənn üzrə nisbi bal hesablanması aşağıdakı kimi olacaq:

Qapalı testdə 16 düz 4 səhv yazdığı üçün DİM-in düsturuna görə doğru cavablardan biri silinir vəv5 doğru cavab hesablanır.

Açıq testlərdə səhvlər düzlərə təsir etmədiyi üçün 2 düz, 3 səhv olduğu üçün nəticə 2 doğru kimi hesablanır.

Yuxarıda izah olunan nəticələrdən aydın olur ki, şagird situsasiya ( mətn, mənbə) tapşırıqlarından 3 bal toplayıb.

Nəticə:

15 (qapalı test)+2 (açıq test) +3 (yazıla bilən) =20

DİM-in düsturuna görə tətbiq etsək,  20*100:33= 60.60 bal     

(Burada 33 fənn üzrə suallara verilən maksimum balı bildirir)

Əgər eyni nəticə ilə 150 ballıq fənni hesablasaq alınan nəticəni 1,5 -ə vurmalıyıq

 60.60 * 1,5= 90.9

Xatırladaq ki, buraxılış və qəbul imtahanlarının hesablanma qaydasının düsturları ilə qeyd olunan link vasitəsilət tanış ola bilərsiniz: http://dim.gov.az/upload/iblock/920/920f9468bef8c5eeae9c659eab432beb.pdf

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları