Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-14 12:45:00
Jurnalist xanım özü ilə kimsəsiz adaya bu kitabları götürəcək – “Kitab çantası”

Deyirlər kitablar- zaman dalğalarında üzən düşüncə gəmiləridir, hansı ki, dəyərləri nəsildən nəsilə ötürür.

AzEdu.az “Kitab çantası”  rubrikasını davam etdirir.

Qeyd edək ki,  rubrikanın  məqsədi oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin  seçdiyi kitablarla  tanış etmək, onlara kitab oxumağı  aşılamaqdır.

Oxumaq düşüncəni inkişaf etdirən və tezləşdirən əsas qaynaqlardan biridir.Bəzən  dahi şəxslərə  sual veriliblər: Əgər kimsəsiz  adaya, getsəniz özünüzlə  hansı kitabları  götürərsiniz? Cavablar  isə çox müxtəlif olub... Hər kəs özünün  “Kitab çantasında” olacaq tamam başqa ədəbiyyatların  adını  çəkib,  kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını  deyib.

Rubrikamızın növbəti qonağı  məşhur telejurnalist Afət Telmanqızıdır.

Görək , onun “kitab çantası”nda   nə var:

1.Qurban Səid- “Əli və Nino”;

2.Ernest Heminquey- “Qoca və dəniz”;

3.Əlif Şəfəq- “Aşk”;

4.Ceyms Oldric- “Diplomat”;

5.Patrik Züskind – “Ətriyyatçı”;

6.Patrik Züskind- “Kontrabas”;

7.Xalid Hüseyni- “Çərpələng uçuran”;

8.Xalid Hüseyni- “Min möhtəşəm günəş”;

9.Lev Tolstoy- “Anna Karenina”;

10.Teodor Drayzer- “Dahi”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları