Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 20:36:00
Türkiyənin ali məktəblərinin azərbaycanlı məzunları bir araya gələcək

Türkiyənin ali məktəblərinin məzunu olan soydaşlarımız noyabrın 14-də Bakıda bir araya gələcəklər. AzEdu.az Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinə (YTB) istinadən xəbər verir ki, YTB tərəfindən təşkil olunan bu tədbir Türkiyə Məzunları Proqramı çərçivəsində həyata keçirilir.

2017-ci ildən start götürən proqram əsasında indiyə qədər 30 ölkənin 36 şəhərində 50 məzun görüşü təşkil olunub. Bildirilir ki, Türkiyədə indiyədək 125 min Azərbaycan vətəndaşı təhsil alıb. Hazırda qardaş ölkənin ali məktəblərində oxuyan vətəndaşlarımızın sayı 17 min nəfərdir.