Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 12:45:00
 Uşaqların ruhi inkişafını artıran sadə metod – Valideyn və müəllimlərin diqqətinə

 

AzEdu.az xarici KİV-istinadən, psixoloq,pediatrların uşaqlara ruhi sağlamlığın əhəmiyyəti ilə bağlı fikirlərini  təqdim edir:

“Emosional Vulkan” Metodunu sınayın

Uşaq və yeniyetmə psixoterapevti olan  yazıçı Keti  Harli  ailələrə “emosional vulkan” metodunu öyrətməyin çox işə yaradığın bildirir.

Harli taxtaya çəkdiyi vulkan rəsmi vasitəsilə valideyn və uşaqlara, insanların gün ərzində fərqli duyğular içinə girə bildiklərini deyir.

O, ifadə etmədiyimiz duyğuların eynilə vulkanik bir partlayışda olduğu kimi qaynadıqdan sonra partlayacağını bildirib: “Əgər bu duyğuları vulkanın içində buraxsaq, partlayana qədər qaynayacaqlar.  Partlayış baş verəndə ağlamalar, vurmalar və hətta təpik atmalar da bərabərində gələcək”.

Psixoloq valideynlərin uşaqlardakı bu tip davranışlara əhəmiyyət vermələrini, bu hərəkətlərin diqqətə alınmayan və ya həll edilməyən duyğulara işarə etdiyinin və emosional partlayışlar olaraq gündəlik həyatda əks olunduğunu vurğulayır.

Bir çox mütəxəssisin də dediyi kimi uşaqlara hisslərini ifadə etməyi və danışmağı öyrətmək onların ruh sağlığı üçün çox əhəmiyyətlidir.

Davranışlarınızın uşaqlarınıza olan təsirini kiçiltməyin

Tədqiqatlar göstərir ki, uşaqlar çoxlu televiziya seyr etməklə, oyun oynamaqla və ya sosial mediada vaxt keçirməklə ruhi və fiziki zərərlərə məruz qalırlar.

Pediatr Katerina Villiamson deyir ki, valideynlər  uşaqların ekrandan asılılığına diqqət yetirməlidirlər. Uşağa nümunə olmaq üçün, böyüklər də çəkilən sərhədlərə riayət etməlidirlər.

 Günel Yaşarqızı