Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-12 16:59:00
1975-2017-ci illərdə AMEA-dan Web of Science bazasına daxil olan elmi əsərlərin dinamikası

AMEA-dan Web of Science (WoS)  bazasına 1975-2017-ci illərdə  ümumilikdə 10,5 min elmi əsər daxil olub.

AzEdu.az xəbər verir ki, bu dövr ərzində AMEA-dan WoS bazasına daxil olan elmi əsərlərin sayının ən yüksək göstəricisi 664 olmaqla 2017-ci ildə və ən aşağı göstəricisi 95 olmaqla 2001-ci ildə qeydə alınmışdır.  AMEA-dan bu bazaya daxil olan elmi əsərlərin 22%-i son beş ildə (2013-2017) nəşr olunub.

Son 5 ildə WoS bazasına AMEA-dan daxil olan hər bir elmi əsərə görə orta istinad sayı 6, ümumi istinadların sayı isə 12,3 mindən çox olub. İstinadların 10,1 mini digər təşkilatlarda işləyən alimlər tərəfindən edilib.